Hüquqları pozulmuş şəxs öz qanuni mənafeyinin müdafiəsi üçün bir qayda olaraq məhkəməyə müraciət edir. Buna baxmayaraq hüquqların müdafiəsini peşəkar vəkilə həvalə etmək arzulanan nəticəyə daha tez və qısa yolla nail olmağa imkan yaradır.
Nəzərə almaq lazımdır ki, qanunvericilik müxtəlif iddia tələbləri üçün ayrı-ayrı müddətlər (iddia müddətləri və kəsici müddətlər) müəyyən etmişdir ki, bu müddətlərin ötürülməsi gələcəkdə hüquqların bərpa olunmasını mümkünsüz edə bilər.
Bununla yanaşı birinci istansiya məhkəmələrində mülki işlərə baxılan zaman lazımi sübutların əldə olunaraq mülki işə əlavə olunmaması uğursuz nəticəyə gətirib çıxara bilər. Bu səbəbdən də mən sizə mülki işlər üzrə keyfiyyətli və əlçatan hüquqi yardım təklif edirəm:
- Ailə, nikah və uşaq mübahisələri;
- Birgə əmlak üzərində mülkiyyət hüquqlarının müəyyən olunması mübahisələri;
- Bədbəxt hadisələr nəticəsində dəyən maddi və mənəvi zərərlər (delikt);
- İşəgötürənlə işçilər arasında olan əmək mübahisələri;
- Kommunal xidmətlərə görə hesablanmış əsassız borclarla bağlı mübahisələr;
- Şərəf və ləyaqətin müdafiəsi üzrə mübahisələr;
- Borc (kredit) tələblərindən irəli gələn mübahisələr;
- İstehlakçı hüquqları ilə bağlı mübahisələr;
- Müqavilələrin icrasının gecikməsi ilə bağlı mübahisələr;
- Müqavilələrin ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı mübahisələr;
- Mənzildən istifadə ilə bağlı mübahisələr;
- Tibbi xidmətlərin keyfiyyəti ilə bağlı mübahisələr;
- Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi işləri;
- Vərəsəlik işləri üzrə mübahisələr;
- Qanunsuz sahiblikdə olan əmlakın tələb olunması üzrə mübahisələr;
- Sığorta münasibətlərindən irəli gələn mübahisələr;
- Digər mülki mübahisələr.