CİNAYƏT İŞLƏRİ̇


       cinayet mecellesi, cinayet isi, vekil

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi tərəfindən qorunan obyektlərə zərər vurmuş şəxslər bir qayda olaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Buna baxmayaraq cinayət hadisəsinin baş verməsini, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmasını, eləcə də şəxsin cinayət hadisəsinə aidiyyətini ittiham edən tərəf (zərər çəkmiş, polis, prokurorluq orqanları və s.) sübut etməlidir.


Bəzən bilavasitə hadisədən sonra yazılan çaşqın izahatlar hüquqi bilikləri olmayan adama adi görünsə də, sonradan sübut kimi ona qarşı istifadə olunur, onun ittiham olunması və hətta məhkumluğu ilə nəticələnə bilir.


Bu səbəblərdən də ixtisaslı hüquqi yardım göstərən vəkilin nümayəndə qismində müşayiətində böyük fayda var. Xeyli sayda vətəndaşlara belə qeyri-müəyyən hadisələrdə göstərdiyim hüquqi yardım həmişə öz müsbət nəticələrini verib. Əgər siz də belə çətin şəraitlə qarşılaşmısınızsa, əminliklə mənə müraciət edə bilərsiniz.



Əlaqə

Əlaqə

Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 55 ("Tri koronı" binaları ilə üzbəüz).

+994 55 211 30 31

+994 50 528 30 31

+994 12 434 34 31