Sahibkarlıq subyektləri arasında yaranan və ya xarakterinə görə kommersiya mübahisəsi hesab olunan işlərə kommersiya məhkəmələrində baxılır. Kommersiya mübahisələrinin məhkəmələrə daşınması üçün bir sıra fərqli prosessual şərtlərin icrasını tələb olunur ki, onların yerinə yetirilməməsi uğursuz nəticələrə səbəb ola bilər.
Tam müvəffəqiyyətlə yekunlaşdırdığım kommersiya işlərindən gələn təcrübə mənə onu deyir ki, işə çəkilən zəhmət və seçilmiş düzgün hüquqi mövqe bir qayda olaraq uğura aparır.
Kommersiya mübahisələri üzrə aşağıdakı işlər üzrə hüquqi yardım təklif edirəm:
- Kommersiya müqavilələrinin icrası ilə əlaqədar yaranan mübahisələrin həlli;
- Müflisləşmə ilə əlaqədar işlər;
- Sənaye mülkiyyəti obyektlərinin istifadəsi və müdafiəsi üzrə mübahisələr;
- Vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar mübahisələr;
- Digər kommersiya mübahisələri.