Hüquqşünas Ayazbəy Əhmədov haqqında
Mən, hüquqşünas Əhmədov Ayazbəy Qabiliyyət oğlu 1988-ci ildə Bakı şəhərində, müəllim ailəsində anadan olmuşam. 2009-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirmişəm.
2015-ci ildə Ukrayna Respublikasının Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakültəsində ali təhsilimi başa vuraraq Maliyyə Hüququ ixtisası üzrə magistr dərəcəsi almışam.
2010-cu ildən hüquqşünas kimi işləməyə başlamışam. Bank və ticarət sektorunda uzun müddət xidmət rəhbəri və departament direktoru vəzifələrində işləmişəm. Rus və İngilis dillərini bilirəm. Azərbaycan Respublikası Vekiller Kollegiyasi üzvüyəm. Uşaqlıqdan vəkil olmağı arzulamışam və hüquqşünas peşəsinin vurğunuyam. Bu səbəbdən də özəl təşkilatlarda əmək müqaviləsi ilə çalışdığım vəzifədən öz arzumla ayrılaraq vəkil kimi işləməyə başladım.
Mülki, cinayət, inzibati işlər və kommersiya mübahisələri üzrə çoxsaylı uğurlu nəticələrə, eləcə də xarici dövlətlərin məhkəmələrində baxılmış kommersiya mübahisələrində iştirak edib müsbət qərarların çıxarılmasına nail olmuşam. Şirkətlərə abunə müqaviləsi əsasında korporativ hüquqi xidmətlər, vətəndaşlara isə inzibati və məhkəmə qaydasında yaranan mübahisələrin həllində hüquqi yardım göstərirəm.
2021-ci ilin may ayından etibarən təsis etdiyim, Bakı şəhər Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 55 ünvanında yerləşən vəkil kabinetində fəaliyyət göstərirəm. Bir qayda olaraq perspektivi olmayan və uğursuz nəticə ilə yekunlaşacaq işləri qəbul etmirəm və belə işlərin icrası üçün müqavilə bağlamıram.